Sərhədçilər əmrə tabe olmayan narkotik qaçaqmalçılarına xəbərdarlıq atəşi açıb

14:37 17 Aprel 2019
29 Digər
Ölkə mətbuatı
A- A+

Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları narkotik va­­­­si­­­tə­­­lərin dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsinin qarşısını alıb.
Bu barədə "Report"a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib. 
Belə ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şun­la­rı­nın “Lənkəran” sərhəd dəs­təsinin xidməti ərazisində Astara rayonu­nun Sım kəndi yaxınlığındakı sərhəd zastava­sının xidməti sahə­sin­də İran İslam Respublikasından Azərbaycana doğ­­ru hərəkət edən 2 nəfər naməlum şəxsin hərəkəti sərhəd nar­ya­dı tərəfindən müşahidə edilib. 
Sərhəd naryadının “da­yan” əmrinə tabe olmayan sərhəd pozucularına qar­şı silahdan ha­va­ya xəbərdarlıq məqsədilə atəş açılıb, lakin sərhəd pozucuları əllə­rindəki əşyaları əraziyə ataraq geriyə qaçıblar.
Həmin ərazi dərhal qapadılaraq axtarış təd­birləri keçi­ril­miş, 1 ədəd bel çantası və 1 ədəd torbada ümumi çəkisi 15 kq 815 qr olan narkotik vasitə və 1 ədəd Kanada istehsalı olan gecə görmə ci­hazı aşkar olunaraq götürül­üb.
Qeyd olunan fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/serhedciler-emre-tabe-olmayan-serhed-pozucusuna-xeberdarliq-atesi-acib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR