​Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz

Biz öz milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi,əxlaqi dəyərlərimizi bütün istiqamətdə qorumalıyıq,saxlamalıyıq və gənc nəsli əsrlər boyu keçmiş bu mənəvi,əxlaqi dəyərlər ruhunda tərbiyələndirməliyik.

Heydər Əliyev Azərbaycan tarixinə nəzər saldıqda milli-mənəvi dəyərlərimizin qorunması və inkişaf prinsiplərinin banisi olaraq Ulu Öndər Heydər Əliyevi görürük.Dinimiz mili mənəvi dəyərlərimizin ən önəmli komponentlərindən biridir. Dini ibadətgahlarımızın və abidələrimizin bərpası və yenidən inşası Ulu Öndərin müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrə təsadüf edir. Xalqımızın əsrlər boyu ziyarətgahı olan Bibi Heybət məscidi və ziyaratgahın Heydər Əliyevin göstərişi ilə dövlət hesabına yenidən inşa edilməsi onun bu sahədəki xidmətlərinin bir göstəricisidir.Heydər Əliyev İsam dinini bizim milli-mənəvi kimliyimizin ayrılmaz tərkib hissəsi kimi qəbul edirdi. “İslam dini indiyə qədər olan tarixində dünyaya nümayş etdirdiyi əzəmətini,qüdrətini bundan sonra daha da gücləndirəcək və bütün İslam dininə itaət edən adamların hamısını xoşbəxtliyə,səadətə gətirib çıxaracaqdır” sözləri onun dinə baxışını çox aydın şəkildə xülasə edir.Ulu Öndər Azərbaycanlıq ideologiyası ilə dilindən, dinindən,millətindən,irqindən,sosial mənsubiyyətindən asılı olmayaraq,hər bir vətəndaşın bu torpaq üçün milli yiyəlik hissini yaşaması isə tolerantlığın bariz təzahürünə çevrildi.Ulu Öndərin milli-mənəvi sahədə həyata keçirildiyi mütərəqqi islahatlar bununla məhdudlaşmır.Milli-mənəvi,xüsusilə dini dəyərlər sisteminin sağlam müstəvidə inkişaf etdirilməsi və qorunması üçün güclü siyasi iradə,habelə dövlətçilik təcrübəsi tələb olunurdu.Heydər Əliyev bu xüsusiyyətləri özündə ehtiva edən tarixi şəxsiyyət kimi bu işin öhdəsindən də məharətlə gəldi. Ulu öndər mənəvi dəyərlərimizə həm də gələcəyimizin təməli kimi baxırdı.Onun yürütdüyü din siyasətinin əsas istiqamətərindən birini də elə bu təşkil edirdi.Azərbaycan xalqının keçmişini çox gözəl bilən Ulu Öndər deyirdi:”Biz Azərbaycanlılar heç vaxt inamımızdaan,dinimizdən uzaqlaşmayacaq və bu mənəvi mənbələrimizdən istifadə edərək gələcəyimizi quracağıq” Vətəninə və xalqına xidmət,onun milli-mənəvi dəyərlərini qorumaq Heydər Əliyevin həyat tərzinə çevrilmişdir. Əsasını qoyduğu milli siyasətin,milli ideologiyanın tərkib hissəsi kimi xalqın milli-mənəvi dəyərlərinə böyük diqqət yetirən Ulu Öndərimiz dini milli ideologiyanın tərkib hissəsi,dövlətimizin və xalqımızın ən böyük istinadgahı və dayağı hesab edirdi.Heydər Əliyev milli-mənəvi dəyərlərə,xalqımızın min illər boyu formalaşan adət-ənənələrinə bağlı olduğu qədər də müasirlik,yenilik tərəfdarı idi.Dini-mənəvi dəyərlərimizdən müasir həyatımızın daha da genişlənməsi və inkişaf üçün istifadə etməliyik.O,tarixçi kimi çox gözəl bilirdi ki, İslam dininin mənəvi dəyərlərinin cəmiyyəti və insanları həmişə inkişafa aparır. Bu səbəbdən də milli-huquqi dövlət quruculuğunda və vətəndaş cəmiyyətinin inkişaf etdirilməsində islam dininin mənəvi dəyərlərindən maksimum istifadə olunmasına çalışırdı. Din cahillərin əlində xurafat,alimlərin əlində xurafata qarşı güclü silahdır. Bu mənada Ulu Öndər “Din incə bir materiyadır” kəlamının arxasında hansı mənaların gizləndiyini müəyyən etmək çox çətin deyildi.Heydər Əliyevin dinə münasibəti,ona verdiyi xarakteristik tərif orjinallığı ilə seçilir və deyirdi “Biz dini ilk növbədə mədəniyyətin, tarixi irsin, milli mentalitetimizin bir fenomeni və ayrılmaz bir hissəsi kimi qəbul edirik”. Dinimiz və milli-mənəvi dəyərlərimizlə bağlı bu günə qədər müxtəlif maraqlı və orjinal fikirlər söylənilib. Amma bu fikirlərin heç biri Ulu Öndərin “Din milli-mənəvi sərvətimizdir” kəlamı ilə müqayisədə lokonik və orjinal sayıla bilməz. Ulu Öndərin “milli-mənəvi sərvətimizdir” adlandırdığı dinimizin ideologiyamızın tərkib hissəsi olması həm təbii haldır,həmdə dərin təfəkkürün göstəricisidir.Bu onu deməyə əsas verir ki, Azərbaycanın inkişafını təmin edəcək güclü iqtsadiyyatı olduğu kimi, sağlam və əbədi ideologiyası da var.

1994-cü ilin iyul ayında Ulu Öndərin müqəddəs Məkkə və Mədinədə ümrə ziyarətində olması,müsəlman dünyasının dövlət başçıları, din xadimləri ilə görüşlərdə Azərbaycanın öz milli-mənəvi dəyərlərinə sadiq ölkə olmaqla yanaşı,digər dinlərə,millətlərə,onların milli dəyərlərinə hörmət və ehtiramla yanaşdığı ölkə olduğunu bütün dünyaya çatdırdı.1996-cı ildə Ulu Öndər Heydər Əliyev “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununa olunan əlavə və dəyişilikləri təsdiq etdi.

Ulu Öndər Heydər Əliyevin 21 iyun 2001-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradılıdı.Dövlət Komitəsinin yaradılmasıda məqsəd Azərbaycan Konstitusiyasının 48-ci maddəsinin (Vicdan azadlığı) həyata keçirilməsi üçün müvafiq şəraitin formalaşması və dini etiqad azadlığı ilə bağlı qanunvericilik aktlarının tələblərinə riayət olunmasını təmin etmək idi.

Deyə bilərik ki, Umumimilli Liderimiz Heydər Əlirza oğlu Əliyev də müasir Azərbaycanın milli dəyərlərindəndir.Milli-mənəvi dəyərləri yaşadan,onun inkişafı və gələcək nəsillərə ötürülməsi uğrunda mühüm rol oynayan şəxsiyyətlər də milli dəyərlərə çevrilirlər.Müasir Azərbaycan vətəndaşı kimi Ulu Öndəri “Azərbaycanın milli dəyəri”olaraq tanımaq haqqımız vardır.Dilindən,milliyətindən,sosial mənsubiyyətindən asılı olmayaraq,Ulu Öndər ölkə vətəndaşlarını milli-mənəvi dəyərlər çətiri altında həmrəyliyə dəvət etdi.O,xalqımıza aşılamağa çalışırdı ki, torpaq milli-dini mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşın milli dəyəri,onu sevmək isə mənəvi dəyəridir.

Bu gün Ulu Öndərin siyasi kursu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin başçılığı altında layiqli şəkildə davam etdirilir.Dövlət başçımızın milli-mənəvi dəyərlərə olan diqqəti,xalq tərəfindən alqışla qarşılanır.Ölkə rəhbəri İlham Əliyevin müdrik siyasəti,xalqımızın milli mənəvi dəyərlərinə,dini irsimizə ehtiramlı münasibəti sayəsində Azərbaycanda həm müsəlman,həm də digər dini icmaların fəaliyyəti ən yüksək səviyyədə dəstəklənir,ibadət məkanlarının inşası,təmir və yenidən qurulması sahəsində müvafiq addımlar atılır. Bütün bunlar Azərbaycanda mövcud tolerantlığın daha da dərinləşməsinə şərait yaradır.

Heydər Əliyev Fondu da milli-mənəvi dəyərlərimizin yaşadılmasında və təbliğində böyük uğurlara imza atır. Azərbaycanın Birinci vitse-prezidenti,Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tarixi-dini,mədəni abidələrin qorunması və bərpasını daim diqqət mərkəzində saxlayır.

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu,Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı dövlət başçımız İlham Əliyev,ölkəmizin iqtisadi və siyasi xəttini müəyyənləşdirir,respublikamızın inkişaf etməsi üçün əhəmiyyətli layihələr həyata keçirir,mədəniyyətimizə,elmimizə,təhsilimizə xüsusi diqqət və qayğı göstərir.“Biz öz milli-mənəvi dəyərlərimizə sadiqik,bu dəyərləri qoruyuruq,saxlayırıq,ənənələri yaşadırıq və bizim gücümüz də bundadır” deyən ölkə başçısı müxtəlif layihələrə imza atır,ölkəmizi,milli-mənəvi dəyərlərimizi dünya ictimai arenasına çatdırmaq üçün böyük səylə çalışır.

Xalqımızın milli və mənəvi bayramlarının dövlət səviyyəsində qeyd edilməsi,ölkə başçısının xalqı təbrik etməsi bir daha dövlət siyasətinin məhz milli-mənəvi dəyərlər üzərində qurulduğunun bariz nümunəsidir.

Bu siyasət Ulu Öndər Heydər Əliyev kursunun layiqli davamçısı möhtərəm prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi və Respublikanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın yaxından iştirakı ilə xalqımızın milli-mənəvi dəyərlərimizin qorunmasına,daha da firəvan və rifah həyat tərzi yaşamasına böyük əminlik yaradır.

Əzizov Murad Rəsul oğlu:

Lənkəran rayonu Tükəvilə kənd məscidi dini icmasının sədri


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR