Paris terrorçularına pul 3 il əvvəl ödənib

Paris terrorçularına pul 3 il əvvəl ödənib
09:51 15 Yanvar 2015
120 Dünya
Ölkə mətbuatı
A- A+

Əl-Qaidə terror təşkilatının Yəməndə olan bölməsi Paris terrorunun maliyyələşməsi barədə xəbər yayıb.

ANS PRESS-in məlumatına görə, ABC News yazır ki, təşkilatdan terror hadisəsinin baş tutması üçün hücumu edənlərdən birinə 3 il əvvəl 20 min dollar verdiklərini deyiblər.

Yəməndə “Əl-Qaidə” təşkilatının lideri bildirib ki, terror hadisəsi onun başçılığı altında keçirilib. Onunu sözlərinə görə hücum planı məhz Yəmən bölməsində hazırlanıb və maliyyələşdirilib.

Fransanın terrorla mübarizə xidməti xəbəri təsdiqləməyib. “Biz hələ ki, Kuaşi qardaşlarının “Əl-Qaidə”nin Yəmən bölməsi ilə əlaqəsi barədə məlumata sahib deyilik lakin bu dəyişə bilər”, - deyə xüsus xidmətdən olan mənbə qeyd edib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR