“Microsoft” korporasiyası 85 düymlük "divar planşeti"ni təqdim edib

“Microsoft”  korporasiyası 85 düymlük "divar planşeti"ni təqdim  edib
11:35 18 Aprel 2019
Ölkə mətbuatı
A- A+

“Microsoft” şirkəti ofis əməkdaşları üçün nəzərdə tutulmuş böyükölçülü “Surface Hub 2” kompüter-monoblokunun ikinci nəslini təqdim edib. "Ağıllı" ağ lövhə müşavirə və təqdimatların keçirilməsi üçün nəzərdə tutulub: lövhə 4K təsvir ölçülü 85 düymlük sensor ekranla təchiz edilib, stilusdan daxiletməni dəstəkləyir və “Windows 10” əməliyyat sisteminin idarəetməsi altında işləyir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, “Microsoft”un nümayəndələri Nyu-Yorkda keçirilmiş təqdimat zamanı yaxınlıqda olan “Surface” noutbukları ilə birgə iş funksiyasını, həmçinin 4 nəfərdən ibarət videoçat imkanını nümayiş etdiriblər. Səsin otağın istənilən küncündən aydın eşidilməsi üçün "divar planşeti" 8 mikrofona malikdir.

 

Qurğu gələn il bazara çıxarılacaq.

 

Emil Hüseynov


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-60209-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR