Rusiya “İsgəndər”ləri Suriyaya yerləşdirdi - FOTO

Rusiya “İsgəndər”ləri Suriyaya yerləşdirdi - FOTO
13:32 18 Aprel 2019
95 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya Suriyadakı Hmeymim aviabazasında "İsgəndər" raket komplekslərini yerləşdirib.

Milli.Az Axar.az-a istinadla xəbər verir ki, bu məlumatı öz Tvitter səhifəsində İsrailin "İmageSat İntl." şirkəti yayıb.

Şirkət qeyd edib ki, peyk vasitəsilə çəkilən şəkillərdə "İsgəndər-M"in buraxılış qurğusu və onu raketlərlə təchiz edəcək avtomobillərin Hmeymimdə yerləşdirildiyini görmək mümkündür.

Qeyd edək ki, bundan öncə Rusiya tərəfi "İsgəndər"ləri Suriya ərazisindəki döyüşlərdə sınaqdan çıxardığı haqqında məlumat yayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/747803.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR