"Yüngülvari içmişəm, 28 yaşım var..." - PƏRVİN həmin görüntülərdən DANIŞDI

"Yüngülvari içmişəm, 28 yaşım var..." - PƏRVİN həmin görüntülərdən DANIŞDI
14:47 18 Aprel 2019
Ölkə mətbuatı
A- A+

Aktrisa Pərvin Abıyeva sosial şəbəkələrdə yayılan yeni görüntüləri ilə gündəmə gəlib. 

Milli.Az xəbər verir ki, aktrisanın aeroportda əlində içki badəsi ilə rəqs etməsi ətrafdaki insanların narazılığına səbəb olub. Sərnişinlərdən biri sözügedən hadisəni lentə alıb və sosial şəbəkədə paylaşaraq bu sözləri yazıb: 

"Bu gün Bakı aeroportunda maraqlı hadisə qarşılaşdım. Bizimlə birlikdə 2 məşhur və bir "modelfason" qız Istanbuldan Bakıya gəlirdi. Çox məşhur aktrisamız və modelfason qız özlərini düzgün olmayan şəkildə aparırdılar, hər kəsin gözü önündə çamadanın üstünə çıxıb, qışqırırdılar".

Aktrisa Pərvin Abıyeva məsələ ilə bağlı Redaktor.az-a açıqlama verib: 

"Videonu özüm paylaşmışam. Belə də ki, uşaq deyiləm, 28 yaşım var, çox normaldır. Pis bir şey etməmişəm, söyüş söyməmişəm, yüngülvari içmişəm, burda nə var ki? Tamaşaçılara bütün problemləri unutdurdum. Gəlişimlə sensassiya yaratmağı bacardım".

Məlumata görə, həmin gün aeroportda Nazilə Səfərli də olub. Sənətçi də öz növbəsində, Pərvinin bu hərəkətinə normal baxdığını deyib:

"Pərvin xanımı təyyarəyə minəndə gördüm, görüşdük. Gözlərindən halsız olduğu bilinirdi. Sonra səhər yuxudan oyandım və İnstaqramda bu videoları görüm təəccübləndim ki, sən demə bizi çəkiblər. Pərvin cavan qızdır, enerjisi çox yüksəkdir. Ona görə də buna normal baxıram. Belə də ki oynayıb da burda nə var ki? Əgər o hicabda çıxsaydı, bu məni daha çox təcübləndirərdi. Yanıma aeroportda iki qız yaxınlaşıb şəkil çəkdirmək istədilər, razılıq verdim. Ama Pərvin xanım şəkil çəkdirməyib. Yəqin elə o qızlar bu videonu yayıblar".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/747889.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR