Trampın kürəkəni etiraf etdi

Trampın kürəkəni etiraf etdi
16:52 18 Aprel 2019
128 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Trampın kürəkəni və müşaviri Cared Kuşner ABŞ-Türkiyə münasibətləri ilə bağlı danışıb. O bildirib ki, ABŞ Türkiyənin potensialını dəyərləndirə bilmir.

Milli.Az aznews.az-a istinadən xəbər verir ki, Kuşner Trampın layihələrindən söz açıb və bundan sonra Türkiyənin potensialını daha çox ortalığa çıxarmaq üçün çalışacaqlarını vurğulayıb.

"Vaşinqtonla Ankara arasındakı potensialın indiyə qədər kəşf edilmədiyinə görə təəccüblənirəm. ABŞ Türkiyənin potensialını dəyərləndirə bilmir. Fərqli sektorlarda yeni yollar, yeni ortaqlıqlar yaratmaq bizim işimiz olmalıdır. Onların potensialından faydalanmaq üçün daha çox iş birliyi qurmalıyıq", - Cared Kuşner belə deyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/747888.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR