Yığmanın baş məşqçisi istefaya göndərildi

Yığmanın baş məşqçisi istefaya göndərildi
17:05 18 Aprel 2019
76 İdman
Ölkə mətbuatı
A- A+

Şotlandiya milli komandasının baş məşqçisi Aleks Makliş tutduğu vəzifədən azad olunub.

Milli.Az xəbər verir ki, bu barədə Şotlandiya Futbol Assosiasiyasının rəsmi saytı məlumat yayıb.

60 yaşlı məşqçi 2018-ci ilin fevral ayından bəri yığmaya rəhbərlik edirdi. Komanda onun rəhbərliyi altında 12 oyun keçirib ki, bunlardan da 5-də meydandan qalib, 7-də isə məğlub ayrılıb.

Qeyd edək ki, Şotlandiya Avro-2020 seçmə mərhələsində Belçika, Kipr, Rusiya, Qazaxıstan və San-Marino yığmaları ilə birlikdə "I" qrupunda mübarizə aparır.

Əliş Abdulla
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/747983.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR