Reşford yeni müqaviləyə razılaşmadı

Reşford yeni müqaviləyə razılaşmadı
19:05 18 Aprel 2019
86 İdman
Ölkə mətbuatı
A- A+

"Mançester Yunayted"in hücumçu Markus Reşfordla yeni müqavilə imzalamaq istəyi növbəti dəfə baş tutmayıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "qırmızı şeytanlar"ın budəfəki təklifi də gənc forvardı qane etməyib.

21 yaşlı oyunçunun bunun üçün bəzi şərtləri var. İlk növbədə o, həftəlik 80 min funt-sterlinq olan məvacibinin 200 minə yüksəldilməsini istəyir. İngiltərə millisinin üzvü eyni zamanda komandanın əsas hücumçusu olacağı ilə bağlı təminat tələb edir. Onun son vaxtlar məşqlərdə davranışı isə məşqçilər korpusunun ürəyincə deyil. Hücumçunun tez-tez narazılıq bildirməsi, tapşırıqlara barmaqarası yanaşmasını da yeni sözləşmə dönəminin sürətlənməsi üçün edildiyi vurğulanır.

Onun transferində maraqlı olan komanda isə "Barselona"dır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/747940.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR