"Chelsea" Hazardın qiymətini aşağı saldı

"Chelsea" Hazardın qiymətini aşağı saldı
20:57 18 Aprel 2019
114 İdman
Ölkə mətbuatı
A- A+

"Chelsea" futbolçusu Eden Hazardın transfer qiymətini aşağı salıb.

Milli.Az Goal.az-a istinadən xəbər verir ki, qərar mövsümün sonunda 28 yaşlı hücumçunu heyətinə qatmaq istəyən İspaniya "Real Madrid"i ilə danışıqlar ərəfəsində verilib.

London təmsilçisi daha öncə belçikalı oyunçu üçün 116 milyon avro tələb edib. Hazırda isə bu məbləğ 103-105 milyon avroya qədər endirilib. Madrid təmsilçisi isə Azar üçün 80-90 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, Eden Hazard 2012-ci ilin yayında Fransa "Lille"sindən 35 milyon avro qarşılığında "Chelsea"yə keçib. O, cari mövsüm İngiltərə Premyer Liqasında 33 oyuna 16 qol vurub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/748014.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR