İlahiyyat İnstitutu Ağcabədidə abturiyentlərlə görüş təşkil edib (FOTO)

İlahiyyat İnstitutu Ağcabədidə abturiyentlərlə görüş təşkil edib (FOTO)
00:43 19 Aprel 2019
111 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) 2019-2020-ci tədris ili üzrə İnstituta yüksəkintellektli və savadlı gənclərin cəlb olunması məqsədilə respublikanın bir sıra bölgələrində yerləşən orta məktəblərin yuxarı sinif şagirdləri üçün maarifləndirici xarakterli məlumatlandırma tədbirlərini davam etdirir. İnstitutun növbəti səfəri Ağcabədi rayonuna olub.

İnstitutdan Trend-ə verilən məlumata görə, Aİİ kollektivi öncə Ağcabədi Rayon İcra Hakimiyyətinin məsul işçiləri ilə birlikdə şəhərin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, dahi rəhbərin xatirəsini ehtiramla yad edib.

Ağcabədi Bayraq Muzeyində təşkil olunan görüşdə Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Naibə Mustafayeva qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan təhsilində sistemli islahatlar aparılaraq, Ulu Öndərin təhsil siyasəti uğurla davam etdirilir. Bildirib ki, hazırda təhsilimiz ayrı-ayrı sahələr üzrə deyil, bütövlükdə kompleks şəkildə inkişaf edir.

Sonra Aİİ rektoru Ceyhun Məmmədov qeyd edib ki, ulu öndər Heydər Əliyevin miras qoyduğu, özündə yüksək norma və dəyərlər sistemini ehtiva edən ənənələr Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən təhsil islahatlarının başlıca qayəsi təhsil sisteminin inkişafı, uğurlu nəticələrin qazanılmasıdır. Bildirib ki, respublikada təhsilin inkişafına göstərilən diqqət və qayğı ölkəmizin gələcəyi hesab olunan bugünkü gənclərin sağlamruhlu, dövlətçiliyimizə sədaqətli, vətənpərvər şəxsiyyətlər kimi formalaşacağına böyük ümidlər yaradır.

İnstitut haqqında məlumat verən C.Məmmədov ali təhsil müəssisəsinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 9 fevral 2018-ci il tarixli Sərəncamı ilə yaradıldığını qeyd edib. Vurğulayıb ki, ali tədris ocağı Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılması, inkişafı və dini fəaliyyətin təşkili sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasının təmin olunması məqsədilə yaradılıb. İnstitut rəhbəri Aİİ-də qarşılıqlı etimada əsaslanan şəffaf müəllim-tələbə münasibətlərinin hökm sürməsi üçün tələb olunan bütün tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.

Aİİ-nin İlahiyyat fakültəsinin dekan müavini Kövsər Tağıyev çıxışında ali təhsil müəssisəsinin tədris prosesi haqqında məlumat verib. Təhsil müəssisəsinin fəaliyyətindən bəhs edən K.Tağıyev tələbələrə dəstək xidmətləri, məzunlar üçün iş imkanları haqqında ətraflı məlumat verib.

Aİİ-nin Magistratura və doktorantura şöbəsinin müdiri Fidan Yusifova təqdimatla çıxış edərək, ali təhsil müəssisəsinə qəbul prosesinin hansı formada təşkil olunduğu, həmçinin mövcud ixtisaslar haqqında geniş məlumat verib. O qeyd edib ki, İnstituta qəbul olunmuş hər bir abituriyent dövlətin qayğı və diqqəti ilə yaradılmış lazımi şəraitdən, ödənişsiz təhsil və digər imtiyazlardan tam yararlanacaq. F.Yusifova tələbələrin ödənişsiz geyim və yeməklə təmin ediləcəklərini, dərslərdən əlavə, ayrıca xarici dil kurslarına cəlb olunacaqlarını və digər üstünlüklərə yiyələnəcəklərini bildirib.

Sonra abituriyentləri maraqlandırılan suallar cavablandırılıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3048801.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR