Suraxanıda piyadanı maşın vurdu

Suraxanıda piyadanı maşın vurdu
00:58 19 Aprel 2019
49 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Suraxanı rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Publika.az "Report"a istinadən xəbər verir ki, Duzlu göl istiqamətində hərəkətdə olan "Ford tranzit" markalı avtomobil 1985-ci il təvəllüdlü Vahid Nuriyevi vurub.

Hadisəni törədən şəxs (adı-soyadı hələ ki, məlum deyil) yaralını dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə aparıb. Zərərçəkmiş hazırda döş qəfəsi və kəllə-beyin travması ilə Reanimasiya şöbəsinə yerləşdirilib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/276065.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR