Kalın: Türkiyə Suriyanın ərazi bütövlüyünə hörmət edir, amma...

Kalın: Türkiyə Suriyanın ərazi bütövlüyünə hörmət edir, amma...
09:55 19 Aprel 2019
91 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə Suriyanın şimalında təhlükəsizlik zonası yaradıb. Trend-in məlumatına görə, bunu Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın deyib.

Onun sözlərinə görə, bu zona Afrindən Məncibə qədər uzanır.

İ.Kalın əlavə edib ki, Türkiyənin terrorçulardan azad etdiyi ərazilərdə hazırda sabitlik hökm sürür.

Mətbuat katibi daha sonra qeyd edib ki, Türkiyə Suriyanın ərazi bütövlüyünə hörmət edir. Lakin bundan sonra Suriya tərəfindən istənilən potensial təhlükə dəf ediləcək.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/world/3048898.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR