Türkiyədə sənaye zonasında fabriklər yanır

Türkiyədə sənaye zonasında fabriklər yanır
10:29 19 Aprel 2019
73 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Rufiz Hafizoğlu - Trend:

İstanbulda "İŞDÖK" sənaye zonasında yanğın baş verib. Trend-in məlumatına görə, fabriklərin birində başlayan yanğın güclü küləyin təsirindən başqa bir fabrikə də keçib.

Hazırda ərazi nəzarətə götürülüb, hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb edilib. Yanğının qarşısını almağa cəhd edilir.

Xəsarət alanların olub-olmaması barədə hələ məlumat daxil olmayıb.

Yanğının hansı səbəbdən baş verməsi məlum deyil.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/world/3048953.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR