Tacikistanın Danqara rayonu Sumqayıtla qardaşlaşmaq niyyətindədir

Tacikistanın Danqara rayonu Sumqayıtla qardaşlaşmaq niyyətindədir
10:32 19 Aprel 2019
44 Digər
Ölkə mətbuatı
A- A+

Tacikistanın Azərbaycandakı səfiri Rüstəm Soli Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovla görüşüb.
Bu barədə "Report"a Tacikistanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, görüş zamanı Danqara rayonu ilə Sumqayıt şəhəri arasında qardaşlıq əlaqələrin qurulması məsələsi müzakirə edilib.
Səfir Sumqayıtın sənaye müəssisələrinə baş çəkib, sənaye sahəsində ikitərəfli əlaqələrin qurulması məqsədi ilə şirkət rəhbərləri ilə görüşlər keçirib.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/tacikistanin-danqara-rayonu-sumqayitla-qardaslasmaq-niyyetindedir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR