Bakıda məsuliyyətsiz piyada aləmi bir-birinə qatdı

Bakıda məsuliyyətsiz piyada aləmi bir-birinə qatdı
10:05 15 Yanvar 2015
108 Digər
Ölkə mətbuatı
A- A+

Piyadanı vurmaq istəməyən sürücü işıq dirəyini aşırıb və avtobus dayanacağına çırpılıb
Ötən gecə Bakıda piyadanın yolu düzgün keçməməsi qəzaya səbəb olub. Hadisə Xətai rayonu Babək prospektində qeydə alınıb.

Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, paytaxt sakini Salmanov Orxan Elşən oğlu idarə etdiyi “BMW” markalı avtomobillə şəhər istiqamətində hərəkətdə olarkən, qəfildən qarşısına piyada çıxıb. Sürücü piyadanı vurmamaq üçün maşını yoldan çıxarmaq məcburiyyətində qalıb. Nəticədə “BMW” əvvəl yolun işıqlandırılması üçün nəzərdə tutulan işıq dirəyini aşırıb, daha sonra dirəklə bərabər yolun əks tərəfinə keçərək avtobus dayanacağına çırpılıb. Piyada isə heç nə olmamış kimi yoluna davam edib.

Hadisə yerinə cəlb olunan yol patrul xidməti əməkdaşları sürücünün ilkin izahatını almaqla yanaşı ərazinin müayinəsini həyata keçiriblər.

BŞDYPİ-nin baş inspektoru Müşfiq Əliyev avtomobilin yüksək sürətlə hərəkət edildiyini, dövlət əmlakına dəyən ziyanın isə sığorta pulu ilə ödənəcəyini deyib.

Bu ərəfədə avtomobilin yanma təhlükəsi də yaranıb. Mühərrik hissəsi tüstüləyən maşında baş verə biləcək hadisənin qarşısını almaq üçün əraziyə yanğınsöndürənlər cəlb ediliblər.

Daha sonra minik maşını cərimə dayanacağına aparılmaq üçün evakuatora yüklənib.

Araşdırmalar isə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsində aparılacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/319125.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR