Mahir Mədətov qapıçının burnunu sındırdı - FOTO

Mahir Mədətov qapıçının burnunu sındırdı - FOTO
11:42 19 Aprel 2019
81 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan Premyer Liqasının 25-ci turunda bu gün  "Qarabağ"la keçirilən görüşdə zədələnən "Keşlə"nin qapıçı Şahin Zəkiyevin durumu ciddidir.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Tərlan Əhmədov oyundan sonra mətbuat konfransında məlumat verib.

O, qonaqların hesabı açdığı epizodda Mahir Mədətovla toqquşan qolkiperin burnunda və almacıq sümüyündə sınıq olduğunu bildirib.

Əhmədov gənc qapıçının təcili olaraq birbaşa meydandan xəstəxanaya aparıldığını deyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/748124.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR