Hitlerin arxiv fotoları – İLK DƏFƏ DƏRC EDİLDİ

Hitlerin arxiv fotoları – İLK DƏFƏ DƏRC EDİLDİ
13:14 19 Aprel 2019
74 Digər
Ölkə mətbuatı
A- A+

XX əsrin ən məşhur diktatorlarından olan Adolf  Hitlerin yeni fotoşəkilləri üzə çıxıb. 
 
Lent.az Türkiyə mediasına istinadla xəbər verir ki, bu günə kimi, heç bir mətbu orqanda dərc edilməmiş fotolar ABŞ-ın Milli Arxiv Agentliyinin eksperti Riçard Şneyder tərəfindən tirajlanıb. 
 
Bildirilir ki, sözügedən nadir fotolar Hitlerin xüsusi fotoqrafı Henriç Hoffman tərəfindən çəkilib. 
 
Hitlerlə bağlı xatirələri əks etdirən fotolar Riçard Şneyder tərəfindən yeni texnoloji proqramlar vasitəsilə bərpa edilərək orginal görkəminə yaxınlaşdırılıb.
 
 
 
 
1962-ci ildə Birləşmiş Ştatların Milli Arxiv Agentliyinə təhvil verilmiş 1270 foto arasında Hitlerin hətta 34 yaşında çəkdirdiyi şəkil də var.  Bu, əsrin qorxunc diktatorunun ən qədim fotoşəkili hesab olunur.
 
 
 
Bu fotoda isə Hitlerin əhatəsində "Mənə vicdansız bir media verin, mən sənə şüursuz xalq təqdim edim" ifadəsilə məşhur olan o vaxtın təbliğat naziri Josef Goebbels də var.
 
 
Qeyd edək ki, Hitlerin hakimiyyət dövrünü əhatə edən bütün fotoların önümüzdəki günlərdə nəşr ediləcəyi gözlənilir.
 

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/311860

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR