"Yeni nəsil dəvət edir" layihəsi uğurla davam edir - Muğam Mərkəzində - FOTO

"Yeni nəsil dəvət edir" layihəsi uğurla davam edir - Muğam Mərkəzində - FOTO
13:37 19 Aprel 2019
Ölkə mətbuatı
A- A+

Beynəlxalq Muğam Mərkəzində "Yeni nəsil dəvət edir" layihəsi uğurla davam edir.

Milli.Az xəbər verir ki, aprelin 17-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Musiqi sənəti" fakültəsinin  "Xalq çalğı alətləri ifaçılığı" kafedrası tələbələrinin konsert proqramı təqdim edilib.

Tədbir Beynəlxalq Muğam Mərkəzi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin  birgə "Yeni nəsil dəvət edir" layihəsi çərçivəsində  həyata  keçirilib.

Konsert Xalq artisti, professor Zamiq Əliyevin bədii rəhbərliyi altında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin xalq çalğı alətləri ansamblının "Bayatı-Şiraz" dəramətinin ifası ilə başlanıb.

Sonra universitetin tələbələrinin ifasında S.Əliyevanın "Ana", H.Rzayevin "Cahargah rapsodiyası", V.Adıgözəlovun "Şuşam laylay", "Laylay", C.Cahangirovun "Qəzəl", A.Bəbirovun "Konsert"pyes, S.Kəriminin "Ömrümün istəyi", D.Dadaşovun "Çinarənin sevinci", F.Kreyslerin "Məhəbbət sevinci", A.Piazollanın "Ave Mariya" əsərləri səslənib.

Tədbirin sonunda ADMİU-nun хalq çalğı alətləri orkestrinin kamera heyyətinin ifasında Q.Qarayevin "Ehtiraslı rəqs" və V.Adığözəlovun "Qərənfil" əsərləri  ifa edilib.

Konsert maraqla qarşılandı və gur alqışlarla sona yetib.

Qeyd edirik ki, Beynəlxalq Muğam Mərkəzində mili ədəbi və mədəni irsin təbliği və inkişafı məqsədi ilə həyata keçirilən tədbirlər və möhtəşəm  yaradıcılıq  layihələri davam edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/culture/748153.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR