Bakıda adam öldürməyə cəhddə təqsirləndirilən şəxsə ağır

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Bayram Orucovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Metbuat.az-ın Trend-ə istinadən məlumatına görə, hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə B.Orucov 11 il 3 ay azadlıqdan məhrum edilib.

İttihama görə, ötən il noyabrın 19-u saat 4 radələrində Bakı şəhər sakini Alim Əhmədovun kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilməsi barədə Xətai Rayon Polis İdarəsinin 34-cü Polis şöbəsinə məlumat daxil olub.

Cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş B.Orucov saxlanılıb.

B. Orucov barəsində Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR