İşçilər nəhəng birləşməyə qarşıdır

İşçilər nəhəng birləşməyə qarşıdır
21:57 19 Aprel 2019
Ölkə mətbuatı
A- A+

"Commerzbank"ın əməkdaşları "Deutsche Bank" (Döyçe Bank) ilə birləşməyə qarşıdır.

Milli.Az marja.az-a istinadən bildirir ki, xarici mətbuata sızan məlumatlara görə, "Commerzbank"ın işçiləri arasında keçirdiyi sorğuda iştirak edənlərin 82,5 faizi "Deutsche Bank" ilə birləşməyə qarşı çıxıbılar.

11 min işçiyə göndərilən sorğuda bu ana qədər 5500 işçinin cavab verdiyi və işçilərin sorğuda iştirak etmək üçün 3 Maya qədər vaxtları olduğu qeyd edilir.

"Commerzbank" məsələyə dair rəsmi bir açıqlama verməyib.

"Deutsche Bank" əməkdaşları arasında keçirilən sorğuda, 70 faiz "Commerzbank" ilə birləşməni dəstəkləmədiyi ortaya çıxmışdı.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/economy/748116.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR