Yasamalda yanğın: 5 yanğın söndürən maşın gəldi

Yasamalda yanğın: 5 yanğın söndürən maşın gəldi
22:24 19 Aprel 2019
90 Digər
Ölkə mətbuatı
A- A+

 
Bakının Yasamal rayonunda Dadaş Bünyadzadə küçəsində yerləşən hündür mərtəbəli yaşayış evində yanğın baş verib.
 
ONA-nın hadisə yerində olan müxbiri xəbər verir ki, yanğın binanın 3-cü mərtəbəsində Muxtar Mollayevə məxsus mənzildə olub. 
 
Hadisə yerinə 5 yanğın söndürən maşın və 1 təcili tibbi yardım xidməti maşını cəlb edilib. Yanğınsöndürənlərin səyləri nəticəsində yanğın söndürülüb. 
Ev sahibi ONA-ya bildirib ki, yanğın baş verən zaman evdə heç kim olmayıb. Ehtimala görə, yanğına səbəb yuxarı mərtəbədən atılan siqaret kötüyü olub.
 
Eyvanda yanan konstruksiyaların olduğuna görə, alov tez vaxtda mənzilin içərisinə də keçib. Nəticədə 3 otaqlı mənzilin 2 otağı tam yanıb.    
 
Faktla bağlı araşdırma aparılır. 

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/311918

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR