Xiaomi Redmi 6 və Redmi 6A üçün Android Pie yenilənməsi ləğv olundu

Xiaomi Redmi 6 və Redmi 6A üçün Android Pie  yenilənməsi ləğv olundu
22:47 19 Aprel 2019
Ölkə mətbuatı
A- A+

Xiaomi şirkəti büdcəli Redmi 6 və Redmi 6A smartfon modellərini keçən il təqdim etmişdi. Həmin vaxtda sözügedən smartfonlar Android Oreo əməliyyat sistemi vasitəsilə çalışırdılar. Lakin şirkət söz vermişdi ki, onlar Android Pie əməliyyat sisteminə kimi yenilənəcəklər. Lakin görünür, nəsə yolunda getmədi. Bu barədə Gagadget saytı xəbər verib.

Milli.Az technote.az-a istinadən bildirir ki, bu büdcəli iki smartfon modeli üçün Android Pie yenilənməsi ləğv edilib. Təəssüflər olsun ki, şirkət bunun səbəbi barəsində məlumat verməyib. Lakin çox güman ki, tərtibatçılar sadəcə olaraq Android Pie əməliyyat sistemini bu smartfonlarda olan zəif texniki göstəricilər üçün optimizasiya edə bilməyiblər. Qeyd etmək lazımdır ki, bu siyahıya həmçinin Redmi S2 smartfonu da daxil olub. Onun üçün də Android Pie yenilənməsi işıq üzü görməyəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/748102.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR