Bakının Yasamal rayonunda mənzildə yanğın baş verib

Bakının Yasamal rayonunda mənzildə yanğın baş verib
22:47 19 Aprel 2019
86 Digər
Ölkə mətbuatı
A- A+

Bakının Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində yerləşən hündürmərtəbəli yaşayış binasında yanğın olub.
"Report" xəbər verir ki, hadisə binanın 3-cü mərtəbəsində, Muxtar Mollayevə məxsus mənzildə baş verib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə briqadaları və təcili tibbi yardım maşını cəlb edilib. Yanğın söndürülüb.
İlkin ehtimala görə, yanğına səbəb yuxarı mərtəbədən atılan papiros olub. Eyvanda tezalışan konstruksiyalar olduğuna görə, alov daha da yayılıb və mənzilin 2 otağı tamamilə yanıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/yasamalda-menzilde-yangin-bas-verib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR