Üç yanacaq növü ilə işləyən avtomobil satışa çıxarılır - Dünyada ilk

Üç yanacaq növü ilə işləyən avtomobil satışa çıxarılır -  Dünyada ilk
22:52 19 Aprel 2019
Ölkə mətbuatı
A- A+

Yaponiyanın "Toyota Motor Corp." şirkəti Braziliyada istehsal etdiyi ilk hibrid mühərrikli avtomobilini satışa çıxaracağını elan edib.

Milli.Az bakupost.az-a istinadən bildirir ki, Reuters agentliyindən verilən məlumata görə, şirkət dünyada ilk dəfə olaraq üç yanacaq növü - elektrik, etanol və qazla işləyən mühərriklə təchiz olunmuş "Corolla" modelini hazırladığını bildirib. "Toyota"nın yeni avtomobilləri nəhəng zavodun yerləşdiyi Braziliyadan dünyanın digər ölkələrinə ixrac ediləcək. Bu ölkədə zavodları olan başqa avtomobil şirkətləri, o cümlədən "General Motors" və "Volkswagen AG" isə yaxın vaxtlarda bu cür avtomobillərin istehsalını nəzərdə tutmadıqlarını bəyan ediblər.

"Toyota"nın bu planı San-Pauloda keçirilən mətbuat konfransında elan edilib. Şirkət Braziliyanın bu ştatında 254 milyon dollar başa gələcək daha bir zavod tikəcəyini də açıqlayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/748114.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR