Bill Qeytsin sərvəti 100 milyard dollarə ötüb

Bill Qeytsin sərvəti 100 milyard dollarə ötüb
05:29 20 Aprel 2019
133 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Amerikalı sahibkar Bill Qeytsin sərvəti 100 milyard dolları ötüb.

Trend-in məlumatına görə, "Forbes" jurnalı bildirir ki, onun sərvəti aprelin 16-sı "Microsoft" şirkətinin səhmlərinin qiymətinin qalxması ilə əlaqədar 100 milyard dolları ötüb.

Jurnalın məlumatına əsasən, dünyanın ən varlı insanları sıralamasında B.Qeytsi yalnız "Amazon" şirkətinin rəhbəri Ceff Bezos qabaqlayır. C.Bezosun sərvəti təxminən 153 milyard dollardır.

İlk dəfə B.Qeytsin sərvəti 100 milyard dolları 1999-cu ildə ötüb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/world/3049437.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR