Ukraynanın bölünməsi bunun tək yoludur – Jirinovskidən ŞOK İDDİA

Ukraynanın bölünməsi bunun tək yoludur – Jirinovskidən ŞOK İDDİA
06:48 20 Aprel 2019
116 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyanın Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski Ukrayna prezidentliyə namizədlər Vladimir Zelenski ilə Pyotr Poroşenkonun mərkəzi “Olimpiya” stadionunda debatını şərh edib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, siyasətçi debatın stadionda keçirilməsini “tamaşa” adlandırıb.

“Studiyada müzakirələri daha düzgün keçirmək, proqramı və öz komandasını təqdim etmək olar”, - Jirinovski qeyd edib.

Onun fikrincə, Zelenskinin yüksək reytinqinə baxmayaraq, Poroşenkoda təhlükəsizlik qurumları tərəfindən dəstək nəticəsində prezident seçkilərində qələbə üçün bütün imkanlar var.

“Zelenski daha 5 il oxuyacaq. Ukraynanın bölünməsi indiki böhranı həll etməyin tək üsuludur. Poroşenko buna daha sürətli gətirib çıxaracaq”, - partiya lideri əlavə edib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/mdb/276178.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR