Qadın sürücü avtobus dayanacağında piyadaları vurdu - Bakıda

Qadın sürücü avtobus dayanacağında piyadaları vurdu - Bakıda
09:14 20 Aprel 2019
78 Digər
Ölkə mətbuatı
A- A+

Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi zamanı iki nəfər xəsarət alıb.
 
ONA-nın məlumatına görə, hadisə Binqədi qəsəbəsində baş verib.
 
Hələlik şəxsiyyəti məluma olmayan qadın sürücü idarə etdiyi “Kia” markalı avtomobil ilə 133 nömrəli avtobusun dayancağında dayanan 2003-cü il təvəllüdlü Səmədov Əli Ceyhun oğlu və 2002-ci il təvəllüdlü Bayramov Vüsal Ramiz oğlunu vurub. Yaralıların hər ikisi 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onlardan Ə.Səmədovun vəziyyəti həkimlər tərəfindən ağır kimi qiymətləndirilir.
 
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/311930

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR