"Qəbələ"nin yeni transferi: "Hələ çox çalışmalıyıq”

10:12 15 Yanvar 2015
59 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Qəbələ”nin ukraynalı futbolçusu Aleksey Qay hazırlıq prosesi barədə fikirlərini açıqlayıb. Fanat.az xəbər verir ki, yarımmüdafiəçi Türkiyənin “Eskişəhərspor” klubu ilə qarşılaşmadan sonra fikirlərini gabalafc.az-la bölüşüb:


“Keçirdiyimiz yoxlama oyunlarında nəticə deyil, məşqçinin komandaya aşılamaq istədiyi oyun sxemi ön sırada durur. İndiki matçlarımız təhlil üçün əsas verir. Bu da gələcəkdə daha güclü çıxış etməyimizə səbəb olmalıdı. Lakin hələ çox çalışmalıyıq”.


Qay bildirib ki, “qırmızı-qaralar”a Antalya toplanışında qatılsa da, yeni komandaya gözlədiyindən də asan uyğunlaşıb: “Qəbələ”yə uyğunlaşmaqda heç bir çətinlik olmadı. Bu prosesin daha çətin olacağını gözləyirdim. Lakin burada məni çox isti qarşıladılar. Bütün komanda üzvlərinin arasında qarşılıqlı hörmət olan yerdə uyğunlaşma ilə bağlı da çətinlik ola bilməz. Belə olanda biz futbolçulara yalnız yaxşı oynamaq və qalib gəlmək qalır”.


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqblquotnin-yeni-transferi-quothl-cox-calmalyq-t17449.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR