Bill Qeytsin sərvəti 100 milyard dolları ötüb

Bill Qeytsin sərvəti 100 milyard dolları ötüb
11:35 20 Aprel 2019
Ölkə mətbuatı
A- A+

Bill Qeytsin varidatı 20 ildə ilk dəfə 100 milyard dolları ötüb. Bu, “Microsoft”un səhmlərinin qiymətinin artması ilə izah edilir.
                                                      
“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, hazırda Bill Qeyts dünyanın ən zəngin insanlarının siyahısında ikinci yeri tutur. “Amazon” internet şirkətinin qurucusu Ceff Bezos liderdir. Onun sərvəti 153,2 milyard dollar təşkil edir. Bill Qeyts 1996-dan 2007-ci ilədək və 2009-dan 2016-cı ilədək planetin ən zəngin insanı adına layiq görülüb. O, 2008-ci ilin iyununadək “Microsoft”un direktoru olub, indi isə direktorlar şurasının sədri vəzifəsində çalışır.
 
Emil Hüseynov



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-60258-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR