Tamaşaçı: “AGF Junior Trophy” beynəlxalq turniri yüksək səviyyədə keçir

Tamaşaçı: “AGF Junior Trophy” beynəlxalq turniri yüksək səviyyədə keçir
13:15 20 Aprel 2019
75 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Cani Babayeva - Trend:

Bədii gimnastika üzrə 2-ci “AGF Junior Trophy” yarışı yüksək səviyyədə keçir.

Bunu Trend-ə turnirin tamaşaçısı Səbinə Nağıyeva deyib.

O, bu idman növünü sevdiyini və qızını bədii gimnastikaya qoyduğunu bildirib:

“İstərdim ki, qızım bu idman növündə nailiyyət qazansın və beynəlxalq yarışlarda iştirak etsin. Azərbaycanlı gimnastlara bu yarışda qələbə arzulayıram, onlar öz qətiyyəti ilə buna layiqdir”.

Səbinə Nağıyevanın qızı Məryəm isə Milli Gimnastika Arenasına ilk dəfə gəldiyini və yarışlara maraqla baxdığını bildirib.

Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 2-ci "AGF Junior Trophy" beynəlxalq turnirinə start verilib.

Bu dəfə arena öz qapılarını 20 ölkənin 130-a yaxın gənc bədii gimnastına açıb.

Dünya Kubokundan bir neçə gün öncə (26-28 aprel) keçirilən yarışda Beynəlxalq Gimnastika Federasiyasının (FIG) qaydalarına əsasən, yalnız 2004-2006-cı il təvəllüdlü gimnastlar çıxış edirlər. İştirakçılar həm fərdi, həm də qrup hərəkətləri proqramında mübarizə aparırlar.

İki gün davam edəcək yarışlarda qaliblər çoxnövçülük və ayrı-ayrı alətlər üzrə müəyyənləşəcək.

Ölkəmizi bu turnirdə fərdi gimnastlar Nərminə Səmədova, Nərmin Bayramova, 2018-ci il Avropa çempionatının gənclər arasında bürünc medalçısı Arzu Cəlilova, qrup komandasının tərkibində isə Mədinə Əsədova, Ləman Əlimuradova, Selcan Hacızadə, Milana Əkbərova və Fəridə Səfiyarzadə təmsil edirlər.

Mayda paytaxtımızda keçiriləcək Avropa çempionatından (16-19 may) qabaq iştirakçılar üçün sınaq mərhələsi olacaq bu turnirdə gimnastlar öz güclərini bir daha yoxlayırlar. Bu da onlara öz proqramlarını mükəmməlləşdirmək üçün bir şansdır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/sports/3049608.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR