ABŞ səfiri: "Nazirlərin Dağlıq Qarabağ üzrə danışıqları davam etdirəcəklərinə ümid edirəm"

ABŞ səfiri: "Nazirlərin Dağlıq Qarabağ üzrə danışıqları davam etdirəcəklərinə ümid edirəm"
13:47 20 Aprel 2019
47 Digər
Ölkə mətbuatı
A- A+

“Nazirlərin Dağlıq Qarabağ üzrə danışıqları davam etdirəcəklərinə ümid edirəm”. 
Bunu ABŞ-ın Azərbaycandakı səfir Örl Litzenberqer ABŞ Dövlət Departamentinin Azərbaycan və Ermənistan xarici işlər nazirlərini Vaşinqtona dəvətini şərh edərkən “Report”a deyib.
O, görüşün tarixi barədə dəqiq məlumat verə bilməyəcəyini vurğulayaraq, aprelin 15-də Moskvada Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun erməni həmkarı ilə görüşünü müsbət dəyərləndirib. “ATƏT-in Minsk qrupu həmsədrlərinin məqsədi Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həll edilməsi üçün danışıqların davam etdirilməsidir”, - deyə səfir vurğulayıb.

Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag-munaqishesi/abs-sefiri-dagliq-qarabagdan-danisdi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR