"Dialoqun davam etdirilməsini gözləyirik” - ABŞ səfiri

"Dialoqun davam etdirilməsini gözləyirik” - ABŞ səfiri
13:49 20 Aprel 2019
45 Digər
Ölkə mətbuatı
A- A+

"Görüşün dəqiq vaxtı haqda məlumat yoxdur. Biz xarici işlər nazirlərinin Moskva görüşünü alqışlayırıq və görüşdən sonra səsləndirilən bəyanatdan məmnunluq duyuruq. Biz səbirsizliklə dialoqun davam etdirilməsini gözləyirik”.
 
ONA-nın xəbərinə görə, bunu Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda gözlənilən görüşünü şərh edərkən ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger bildirib. O qeyd edib ki, ABŞ ATƏT-in həmsədr ölkələrindən biridir: “ATƏT-in və həmsədrlərin məqsədi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu həlli üçün münaqişə tərəflərini bir araya gətirməkdir.
 
Səfir bildirib ki, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn prinsiplərinə - güc tətbiq etməmək, ölkələrin ərazi bütövlüyü, xalqların öz müqəddəratını həll etməsi prinsipləri əsasında həll olunmalıdır.
 

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/311959

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR