Fransada özünü məşhur futbol hakimi kimi qələmə verən narkotik ticarətçisi saxlanılıb

Fransada özünü məşhur futbol hakimi kimi qələmə verən narkotik ticarətçisi saxlanılıb
14:12 20 Aprel 2019
55 Digər
Ölkə mətbuatı
A- A+

Fransada polis özünü məşhur FIFA referisi Kleman Turpen kimi təqdim edən narkotik ticarətçisini saxlayıb.
"Report"un "L Equipe" nəşrinə istinadən verdiyi məlumata görə, həmin şəxs bir neçə il narkotik vasitələrin Belçika və Fransaya yayılması ilə məşğul olan qruplaşmanın tərkibində yer alıb.
Proses zamanı istifadə olunmuş avtomobillərdən biri Turpenin adına qeydiyyatda olub. Lakin cinayətkarların tutulmasından sonra müəyyən edilib ki, futbol hakiminin bu işə heç bir aidiyyəti yoxdur. Sadəcə, onun adından işi ört-basdır etməkdən ötrü narkotik dilerləri yararlanıb. Qruplaşmanın PSJ-nin hücumçusu Kilian Mbappenin soyadından da yararlandığı məlum olub.
Turpen oxşarının tutulmasını belə şərh edib: "Mənim mənzilim və ya qəsrim, bu işlə heç bir bağlılığım yoxdur. Amma tez-tez təkrarlayıram ki, futbol hakimliyi çox təhlükəli peşədir".
Qeyd edək ki, Kleman Turpen bu həftə Çempionlar Liqasında İtaliya "Yuventus"unun Hollandiya "Ayaks"ına 1:2 hesabı ilə uduzduğu 1/4 final mərhələsinin cavab görüşünü idarə edib.   

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/fransada-ozunu-meshur-futbol-hakimi-kimi-qeleme-veren-narkotik-ticaretcisi-saxlanilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR