3 alpinist İTKİN DÜŞDÜ: əşyaları tapıldı, özləri isə... - FOTO

3 alpinist İTKİN DÜŞDÜ: əşyaları tapıldı, özləri isə... - FOTO
16:03 20 Aprel 2019
118 Dünya
Ölkə mətbuatı
A- A+

Dünyanın yaşayan ən yaxşı alpinistləri sırasında göstərilən avstraliyalı Devid Lama, Henscörq Ayer və amerikalı Cess Roskelli itkin düşüb.

Publika.az xəbər verir ki, alpinistlər Kanadanın Roki dağlarında yerləşən “Howse Peak” zirvəsinə dırmaşan zaman uçqun altında qalıblar.

“Sputnik”in xəbərinə görə, zirvənin yerləşdiyi Banff Milli Parkının nümayəndələri idmançıların sağ qalma ehtimalının olmadığını deyib.

Bölgədə aparılan araşdırma zamanı hər üç dağçının əşyaları tapılıb. Özlərinin isə uçqun altında qaldığı bildirilib.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/dunya/276198.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR