Bill Qeytsin varidatı 100 milyard dolları ötüb

Bill Qeytsin varidatı 100 milyard dolları ötüb
19:44 20 Aprel 2019
92 Digər
Ölkə mətbuatı
A- A+

Hazırda Bill Qeyts dünyanın ən zəngin insanlarının siyahısında ikinci yeri tutur. Lent.az-ın xarici mətbuatına istinadən verdiyi məlumata görə, onun varidatı 20 ildə ilk dəfə 100 milyard dolları ötüb.
 
Xəbərə görə, bu, “Microsoft”un səhmlərinin qiymətinin artması ilə izah edilir.
 
“Amazon” internet şirkətinin qurucusu Ceff Bezos liderdir. Onun sərvəti isə 153,2 milyard dollar təşkil edir.
 
Qeyd edək ki, Bill Qeyts 1996-dan 2007-ci ilədək və 2009-dan 2016-cı ilədək planetin ən zəngin insanı adına layiq görülüb. 2008-ci ilin iyununadək “Microsoft”un direktoru vəzifəsində şalıçan Bill Aeyts hazırda Direktorlar Şurasının sədridir.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/311975

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR