"Mançester Siti" "Tottenhem"ə qalib gələrək, liderliyə yüksəldi

"Mançester Siti" "Tottenhem"ə qalib gələrək, liderliyə yüksəldi
23:04 20 Aprel 2019
93 Digər
Ölkə mətbuatı
A- A+

 
İngiltərə Premyer Liqasında XXXV tura start verilib.
 
ONA-nın məlumatına görə, turun ilk oyunun günündə 6 qarşılaşma keçirilib. 
 
Mərkəzi görüş "Etihad" stadionunda baş tutub. "Tottenhem"i qəbul edən "Mançester Siti" 5-ci dəqiqədə vurduğu qolla rəqibinə qalib gəlib. Bu qələbə ev sahiblərini yenidən liderliyə yüksəldib. 
"Uotford" isə səfərdə "Haddersfild"i məğlub etməklə, 7-ci pilləyə qalxıb. 
 
Qeyd edək ki, tur aprelin 22-də yekunlaşacaq. 
 
İngiltərə Premyer Liqası
XXXV tur 
20 aprel
"Mançester Siti" - "Tottenhem" - 1:0
Foden, 5
"Bornmut" - "Fulhem" - 0:1
Mitroviç, 53
"Haddersfild" - "Uotford" - 1:2
Qrant, 90+3 - Deulofeu, 5, 80
"Vest Hem" - "Lester" - 2:2
Antonio, 37, Peres, 82 - Vardi, 67, Barns 90+2
"Vulverhempton" - “Brayton” – 0:0
"Nyukasl" - "Sauthempton" - 3:1
Peres, 27, 31, 86 - Lemina, 59

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/312004

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR