“Seltik” Azərbaycan millisinin futbolçusunu almaq istəyir

“Seltik” Azərbaycan millisinin futbolçusunu almaq istəyir
23:37 20 Aprel 2019
124 İdman
Ölkə mətbuatı
A- A+

"Qəbələ"nin futbolçusu Bəhlul Mustafazadə karyerasını Şotlandiyada davam etdirə bilər.

Milli.Az oxu.az-a istinadən bildirir ki, 21 yaşlı müdafiəçini "Seltik" transfer etmək istəyir.

Bildirilir ki, yayda Dedrik Boyata "Herta"ya keçəcəyi, Filip Benkoviç isə "Lester"ə qayıdacağı üçün Şotlandiya təmsilçisi yeni müdafiəçi axtarışına çıxıb. Mustafazadənin klubun yay toplanışına dəvət ediləcəyi qeyd olunub.

Gənc futbolçu özünü yaxşı tərəfdən göstərə bilsə, onunla müqavilə imzalanacaq.

Qeyd edək ki, milli komandamızın üzvü bu mövsüm Azərbaycan Premyer Liqasında iyirmi oyuna çıxıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/748581.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR