Azərbaycanlı boksçu ermənini məğlub edərək "WBA Continental" kəmərinə sahib çıxıb

Azərbaycanlı boksçu ermənini məğlub edərək "WBA Continental" kəmərinə sahib çıxıb
01:27 21 Aprel 2019
55 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan əsilli boksçu Elnur Səmədov Moskva şəhərində keçirilən WBA Continental titulu uğrunda döyüşdə əslən erməni idmançı Ayka Şaxnazaryanı məğlub edib.
"Report"un Rusiya bürosu xəbər verir ki, 9 raund davam edən döyüş Azərbaycan idmançısının aşkar üstünlüyü şəraitində keçib.
Elnur Səmədov 9-cu raundda ermənistanlı boksçunun görüşü davam etdirə bilməyəcəyini bildirməsindən sonra, hakimlərin yekdil qərarı ilə "WBA Continental" kəmərinə layiq görülüb.
Görüşdən sonra çoxsaylı bədən xəsarətləri alan Ayka Şahnazaryana tibbi yardım göstərilib.
Yarış Floyd Meyveyzer Boks Akademiyasının təşkilatçılığı ilə baş tutub.
İqbal Rüstəmov

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/azerbaycanli-bokscu-ermenini-meglub-ederek-wba-continental-kemerine-sahib-cixib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR