Samsung "BlackBerry"-ni alır

Samsung "BlackBerry"-ni alır
10:16 15 Yanvar 2015
138 Digər
Ölkə mətbuatı
A- A+

Cənubi Koreyanın ən böyük texnologiya nəhəngi olan Samsung daha bir böyük şirkəti almaq üçün hərəkətə keçib. ANS PRESS-in məlumatına görə, Samsung son illərdə rəqabət bazarında böyük yara alan "BlackBerry"ni satın almaq niyyətindədir.

"Reuters"in məlumatına görə, şirkət bu alqı-satqı üçün 7,45 milyard dollar verməyə hazırdır.

"BlackBerry" üçün səhmlərin hissə başına 13.35 dollar ilə 15.49 dollar arası bir qiymət təklif edilir. Lakin Samsung-un bu təklifindən sonra "BlackBerry"nin hissələri dəyər qazanıb.
Xəbərin ictimaiyyət arasında yayılmasından sonra şirkətin dəyəri 30 faiz qalxıb.

Məlumata görə, iki nəhəng şirkətin nümayəndələri danışıqlar üçün bir araya gəliblər. Hələlik bu barədə rəsmi açıqlama verilməyib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR