Boksçu Elnur Səmədov erməni rəqibini məğlub etdi

Boksçu Elnur Səmədov erməni rəqibini məğlub etdi
10:22 21 Aprel 2019
113 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan əsilli rusiyalı boksçu Elnur Səmədov Moskvada WBA Continental titulu uğrunda döyüşdə erməni Ayk Şahnazaryanı məğlub edib.

Milli.Az Oxu.Az-a istinadən bildirir ki, döyüş doqquz raunddan ibarət olub. 

Sonuncu raundda Şahnazaryan zədə üzündən döyüşü davam etdirə bilmədiyini bildirib. Hakimlərin qərarı ilə rəqibindən üstün olan E. Səmədov WBA Continental tituluna layiq görülüb.

WBA Continental titulu uğrunda yarış Rusiyada Floyd Meyveyzer Boks Akademiyasında keçirilib.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/748605.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR