ABŞ-ın Azərbaycandakı Səfirliyi və Beynəlxalq Təhsil üzrə Amerika Şurası tərəfindən "EducationUSA "Alumni Fair" təhsil sərgisi təşkil olunub (FOTO)

ABŞ-ın Azərbaycandakı Səfirliyi və Beynəlxalq Təhsil üzrə Amerika Şurası tərəfindən "EducationUSA "Alumni Fair" təhsil sərgisi təşkil olunub (FOTO)
10:43 21 Aprel 2019
92 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

ABŞ-ın Azərbaycandakı Səfirliyi və Beynəlxalq Təhsil üzrə Amerika Şurası tərəfindən "EducationUSA "Alumni Fair" təhsil sərgisi təşkil olunub.

Səfirlikdən Trend-ə verilən məlumata görə, "EducationUSA"in baş tutmuş "Alumni Fair" adlı təhsil sərgisində Azərbaycan tələbələrinin ABŞ-da təhsil məqsədlərinə çatmasına kömək etmək məqsədilə 26-dan çox ABŞ universiteti və müxtəlif təqaüd proqramları təmsil olunub.

Bu tədbir hər il ABŞ-ın Azərbaycandakı Səfirliyi və Beynəlxalq Təhsil üzrə Amerika Şurası tərəfindən maliyyələşdirilir, və tədbirdə ABŞ universitetlərinin azərbaycanlı və amerikalı məzunları iştirak edirlər.

Məzunlar öz universitetləri haqqında danışaraq iştirakçıları məlumatlandırdıqca Birləşmiş Ştatlarda universitet həyatı haqqında birbaşa məzunların hekayələrini dinləmək şansı əldə ediblər. Tələbələr, şagirdlər və eləcə də valideynlər Birləşmiş Ştatlarda yerləşən universitetlərin məzunları və ABŞ-ın Azərbaycandakı səfirliyinin işçiləri ilə görüşüb, onları maraqlandıran suallarla məzunlara müraciət edə biliblər.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3049845.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR