Məşhur müğənni ərindən boşanır - 10 milyon dollar ödəyəcək

Məşhur müğənni ərindən boşanır - 10 milyon dollar ödəyəcək
13:33 21 Aprel 2019
246 Şou
Ölkə mətbuatı
A- A+

Dünyaca məşhur ingiltərəli müğənni Adel həyat yoldaşı Simon Konekdən boşanıb.

Publika.az xəbər verir ki, bu barədə müğənninin meneceri informasiya yayıb.

Menecer 8 ildir birlikdə olan və üç ildir ki, evlənən cütlüyün rəsmi şəkildə ayrıldığını deyib. Cütlüyün Ancelo adlı övladının kimdə qalacağı isə açıqlanmayıb.

İngiltərənin ən çox oxunan qəzetlərindən biri “Daily Mail” 30 yaşlı müğənninin Simon Konekə külli miqdarda kompensasiya verəcəyini iddia edib. 145 milyon funt-sterlinq (188 milyon dollar) sərvəti olduğu təxmin edilən Adelin keçmiş həyat yoldaşına 10 milyon dollar ödəyəcəyi mətbuatda geniş yayılıb.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/magazin2/276287.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR