Dünyanın gözü Şri-Lankada - 7-ci patlayış baş verdi

Dünyanın gözü Şri-Lankada - 7-ci patlayış baş verdi
14:18 21 Aprel 2019
124 Dünya
Ölkə mətbuatı
A- A+

Şri-Lankada 7-ci patlayış baş verib.

Publika.az xəbər verir ki, partlayışın paytaxt Kolombo yaxınlığında yerləşən “Dehivela” zooparkı ilə üzbəüz “Tropikal İnn” hotelində baş verdiyi bildirilir. Qeyd edək ki, bundan əvvəl Kolombo, Neqombo və Battikaloa şəhərlərində yerləşən “Koççikade”, “Katana” və “Battikaloa” kilsələrində, həmçinin paytaxtdakı beş ulduzlu “Sanqri-La”,”Çinnamon Qrand” və “Kinqsböri” hotellərində meydana gələn partlayışlarda 200-ə yaxın insan ölüb, 500-ə yaxın yaralı var. Ölənlərin 35-nin xarici vətəndaş olduğu deyilir.

Teraktın məsuliyyətini heç kim öz üzərinə götürməyib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/dunya/276295.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR