PSJ oynamadan çempion oldu - 8-ci dəfə

PSJ oynamadan çempion oldu - 8-ci dəfə
23:17 21 Aprel 2019
102 İdman
Ölkə mətbuatı
A- A+

Fransa çempionatında 2018-2019 mövsümünün qalibi müəyyənləşib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, PSJ sona 5 tur qalmış çempionluğunu rəsmiləşdirib. Maraqlıdır ki, Paris klubu buna 33-cü turda meydana çıxmadan nail olub. İkinci pillədəki "Lill"in "Tuluza" ilə səfər oyununda (0:0) xal itirməsi paytaxt təmsilçisini vaxtından əvvəl çempion edib. Hazırda "Lill" (65) PSJ-dən (81) 16 xal geri qalır ki, son 5 turda bu fərqin aradan qalxması mümkün deyil.

Qeyd edək ki, bu, PSJ-nin son 7 ildə 6-cı, ümumilikdə isə 8-ci çempionluğudur. Parislilər bu göstəricidə yalnız "Marsel" (9) və "Sent-Etyen"dən (10) geri qalır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/748704.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR