Pəhrizsiz arıqlamağın 10 yolu - FAYDALI MƏSLƏHƏT

Pəhrizsiz arıqlamağın 10 yolu - FAYDALI MƏSLƏHƏT
23:27 21 Aprel 2019
111 Ölkə
Ölkə mətbuatı
A- A+

Orqanizmə zərər vurmadan tez və qalıcı şəkildə arıqlamaq mümkündürmü? 

Milli.Az bildirir ki, medicina.az bunun yollarını araşdırıb.

1) Pəhrizi unudun
 
Pəhrizlə arıqlamaq mümkündür, amma xəstələnmək riski də yüksəkdir. Pəhriz zamanı əsasən sidik kisəsi daşı, podaqra, diabet, həzm sistemi və s.  kimi xəstəliklərə yoluxma riski yüksəlir. Həmçinin mineral və vitamin çatışmazlığı da bir çıx sağlamlıq problemlərinə gətirib çıxara bilər. 

2) Arıqlamaq üçün qida əlavələrindən istifadə etməyin

"Sehrli həb"lər metobolizmi sürətləndirmir.  Bu cür preparatlar lipaza fermentini və yağların bədənə sovrulmasının qarşısını alır.  Beləliklə, bağırsaqlar yalnız yağları deyil, həmçinin, yağda həll olan vitaminləri də qəbul edə bilmir. 

3) Qəbul etdiyiniz kalorinin miqdarını azaldın 

Arıqlamaq üçün qadınlara gündə 1500 kkal, kişilərə isə 2000 kkal yandırmaq tələb olunur. Bu kalorini hesablamağa ehtiyac yoxdur. Qida rasionunuzdan kolbasa, sosis, yarımfabrikat, hazır qidalar, souslar, şirin yoqurtları çıxartmağınız bəs edər. Bu qidaların tərkibində çox miqdarda şəkər və duz var. Onları qəbul etməsəniz, aldığını kalori də aşağı düşəcək. 

4) Sağlam ərzaqlarla qidalanın 

Seçim böyükdür. Balıq, ət, toyuq, yumurta yeyin. Pendir, kəsmik, taxıllar, paxlalılar, meyvə və giləmeyvələrə üstünlük verin.  Əsasən, qırmızı, narıncı, yaşıl və bənövşəyi rəngli tərəvəzlərdən istifadə edin. Onların tərkibindəki faydalı komponentlər maddələr mübadiləsinə yaxşı təsir edəcək. 

5) Ərzaqları düzgün şəkildə hazırlayın 

Ərzaqları buxarda bişirin və daha sonra hazırlayın. Düzün miqdarını azaldın. Onun əvəzinə yaxşı olardı ki, ədviyyatlardan istifadə edəsiniz.
 
6) Düyüdən və tam taxıllı çörəklərdən istifadə edin 

Düyünün və taxılın qabığında liflər olur ki, bu maddələr həzm traktında həzm olunmurlar.  Bu isə bağırsaqların sağlamlığı, həmçinin, şəkərin bədənə tez sovrulmaması üçün əhəmiyyətlidir.
 
7) Meyvə və tərəvəzdən çox istifadə edin

Onları hər qidanıza bişmiş və çiy şəkildə əlavə edə bilərsiniz.  Meyvə-tərəvəzlərin tərkibində bol miqdarda su, lif olur ki, bunlar da arıqlamağa kömək edir. 
 
8) Ac olduqda yeyin

Ac qalmaq metabolizmi sürətləndirmir. Gündə 5-6 dəfə yemək də vacib şərt deyil. Aclıq hiss edən kimi qida qəbul edə bilərsiniz. Bu sizin orqanizminizin sizdən qida tələb etməyinə bir işarədir. 

9) Səhər yeməyi yeyin 

Səhər yeməyi yemək sizin günortaya yaxın yediyiniz bulka və şokoladdan asanlıqla imtina etməyinizə səbəb olacaq. Ona görə də yaxşısı budur səhər zülal və sağlam karbohidratdan ibarət  doyumlu səhər yeməyi yeyəsiniz. 

10) Rasion -  bu, hələ hər şey demək deyil 

Fiziki aktivliyinizi artırın. Bu orqanziminizin tonusda qalmasına kömək edəcək. Əgər siz 10 gündə 20 kq arıqlasanız, o zaman dəriniz sallanacaq. Buna görə də yaxşı olardı ki, arıqladığınız müddətdə idmanla da məşğul olasınız.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/health/748423.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR