"Fənərbağça" aşağı liqaya doğru - YENƏ UDUZDULAR

"Fənərbağça" aşağı liqaya doğru - YENƏ UDUZDULAR
23:32 21 Aprel 2019
120 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyə Superliqasında 29-cu turun daha bir oyunu keçirilib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu mövsüm bərbad çıxışı ilə diqqət çəkən "Fənərbağça" səfərdə "Alanyaspor"un qonağı olub və 0:1 hesabı ilə uduzub.

21 aprel

"Alanyaspor" - "Fənərbağça" - 1:0
Qol: E. Karaca, 57

Qeyd edək ki, "Fənərbağça" 29 turdan sonra 33 xalla 14-cü pillədə qərarlaşıb. "Sarı-lacivərdlilər"i autsayderlər qrupundan cəmi 5 xal ayırır. "Alanyaspor" 41 xalla 5-cidir. Turnir cədvəlinə isə 62 xalla "Başakşəhər" başçılıq edir. İkinci sıradakı "Qalatasaray"ın 59, üçüncü pillədəki "Beşiktaş" isə 53 xalı var.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/748705.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR