Tərlan Əhmədovdan təşəkkür

Tərlan Əhmədovdan təşəkkür
10:17 15 Yanvar 2015
122 İdman
Ölkə mətbuatı
A- A+

Tərlan Əhmədov "Sumqayıt"la oyunla (3:2) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, AZAL-ın baş məşqçisi futbolçularına təşəkkür edib:

"Futbolçularıma təşəkkür edirəm ki, belə bir ağır durumda işlərinin öhdəsindən gəldilər. “Qarabağ”la oyundan sonra heyəti qurmaq çətin idi. Limit məsələsinə görə müəyyən dəyişikliklər etməli idik. Düşünürəm ki, bu gün ilk hissədə hər iki komandanın ifasında mübarizəli oyun görmədik. Amma ikinci hissədə ssenari dəyişdi. 3-cü qolu vurduqdan sonra komandanı bir qədər geri çəkdim. Əsas məqsəd rəqibi sürətli əks-hücumlarda yaxalayıb 4-cü qolu vurmaq idi. Çoxdandı ki, evdə qələbə qazana bilmirdik. Biz bu gün həmin uğursuz seriyaya son qoyduq. Qarşıda bizi “Neftçala” ilə çətin kubok oyunu gözləyir. Həmin oyuna hazırlaşmalıyıq”.

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-trlan-hmdovdan-tkkur-t17445.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR