Gürcüstanda qarşıdurmalar baş verib, onlarla yaralı var

Gürcüstanda qarşıdurmalar baş verib, onlarla yaralı var
08:52 22 Aprel 2019
133 Dünya
Ölkə mətbuatı
A- A+

Gürcüstanın Pankis dərəsində qarşıdurmalar zamanı 40-dan çox insan xəsarət alıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, qarşıdurmalar hüquq mühafizə orqanları və Gürcüstanda hidroelektrostansiyanın (HES) tikintisinə etiraz edən sakinlər arasında baş verib.

Xəsarət alanlardan 30-u xəstəxanalarda qalır, onlardan 27-si hüquq mühafizə orqanlarının nümayəndəsi, biri jurnalist və iki nəfəri isə aksiya iştirakçısıdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/748759.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR