Nazirlikdən it dişləyən 4 yaşlı uşaqla bağlı AÇIQLAMA

Nazirlikdən it dişləyən 4 yaşlı uşaqla bağlı AÇIQLAMA
10:38 22 Aprel 2019
Ölkə mətbuatı
A- A+

Bakının Binəqədi rayonunun Sulutəpə qəsəbəsində it dişləyən 4 yaşlı uşaq - 2015-ci il təvəllüdlü Məmişov Hüseyn Qismət oğlu palataya köçürülüb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, hazırda uşağın vəziyyəti orta stabildir və sağlamlığı üçün hər hansı təhlükə yoxdur.

Uşağın quduzluq xəstəliyinə yoluxmasının qarşısı alınıb və bunun üçün ona vaksin vurulub. Vaksinlərin vurulması davam etdiriləcək.

Xatırladaq ki, itin hücumuna məruz qalan H.Məmişov yanağından xəsarət alıb.

Bakıda DƏHŞƏT - İt 4 yaşlı uşağı parçaladı - FOTOLAR


Xəbərin orijinal ünvanı: https://publika.az/news/sehiyye/276343.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR